Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-09 15:08:37
“Şərtlər ağır olduğuna görə əksər bağçalar lisenziya üçün müraciət etmirlər” – Təhsil menecmenti  

“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklər Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb. Müzakirə zamanı dövlət məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələrindən lisenziya üçün dövlət rüsumu alınmaması təklif edilib.

Bu rüsumun ləğvi bağça şəbəkəsində hansı canlanmaya səbəb olacaq? Ümumiyyətlə, hazırda lisenziya üçün tələb olunan məbləğ  sahibkarları nələrdən məhrum  edir?

“Şərtlər ağır olduğuna görə əksər bağçalar lisenziya üçün müraciət etmirlər”

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil məsələləri üzrə menecment, “Bağçam” uşaq bağçaları şəbəkəsinin rəhbəri Rasif Dünyamalıyev bildirib ki, lisenziya rüsumunun ləğvi ilə yanaşı, akkreditasiya üçün ayrılan məbləğ də artırılacaq.   Lakin bu,  sahibkarların təşviq olunması baxımından müsbət addımdır:

“Hazırkişərtlər ağır olduğuna görə əksər bağçalar onsuz da lisenziya üçün müraciət etmirlər. Onlartədris mərkəzi adı ilə gizlin və lisenziyasız fəaliyyət göstərirlər. Rüsumun ləğvi sahibkarları lisenziya almağa təşviq edəcək. Fikrimcə, bu dəyişikliklər lisenziyasız fəaliyyətə son qoymaq məqsədilə aparılır.

Amma lisenziyanın digər şərtlərini də yüngülləşdirsələr, yaxşı olardı. Nazirlər Kabinetinin 171 nömrəli qərarında lisenziya üçün ağır, müasir dövrə uyğun olmayan normativlər nəzərdə tutulub. Bu şərtlərlə dövlət bağçalarını çıxmaq şərti ilə heç bir məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərə bilməz. Onlara tam cavab verən 5 bağça güclə tapmaq olar. Üstəlik, bu əsasnamədə yalnız bir tip bağçalar nəzərdə tutulub. Uyğunlaşdırılmışməktəbəqədər təhsil müəssisələri nəzərə alınmayıb. Bu normativlər Sovet dövründən qalıb, mütləq dəyişdirilməlidir. Fikrimcə lisenziya üçün rüsumun azaldılması sahibkarların bura yeni investisiyalar ayırmasına səbəb olacaq”.

“Bağçaların akkreditasiyası üçün heç kim narahat deyil”

O, akkreditasiyalar üçün maliyyənin artırılmasının əhəmiyyətindən də söz açıb. Bildirib ki, bu proses üçün ilkin məbləğ 3000 manat müəyyən olunub:

“Bu isə daha da müsbət haldır. Çünki hazırda bağçaların akkreditasiyası üçün heç kim narahat deyil, yoxlama yoxdur. Lisenziya verildikdən sonra bağçalar özbaşına buraxılır. Akkreditasiya üçün rüsumun artırılması bağçalara dövlət nəzarətinigücləndirəcək.

Təhsil müəssisələri üç ildən bir akkreditasiyadan keçirilməlidir. 3 il ərzində lisenziya şərtlərinə əməl edilməyibsə, bağçanın fəaliyyəti dayandırıla bilər. Bugünəcən akkreditasiyanı yalnız ali təhsil müəssisələrində görmüşük. Məsələn, Təfəkkür Universitetinin lisenziyası ləğv olundu. Çünki o, akkreditasiyadan keçmədi. Rüsumun artırılması bunu məktəbəqədər təhsil müəssisələrinə də aid edəcək”.

“Lisenziya tətbiq etsək də, akkreditasiyadan yan keçirik”

Rasif bəy xatırladıb ki, Təhsil Nazirliyinin 2 yoxlama mexanizmi var: lisenziya və akkreditasiya:

“Akkreditasiya-yenidən baxış deməkdir. Biz lisenziya tətbiq etsək də, akkreditasiyadan yan keçirik. Akkreditasiyanın tətbiqi keyfiyyətin artırılmasına gətirib çıxaracaq. Bağça sektoruna təsadüfi, pul qazanmaq üçün toplanmış insanlar getdikcə buradan uzaqlaşacaq və ya özlərini düzəltmək məcburiyyətində qalacaqlar.

Bəzən bağça 4 qrupla lisenziyadan keçir, sonradan isə onları qanunsuz artıraraq 6 qrup edir. Amma heç bir qurumun bundan xəbəri yoxdur. Çünki akkreditasiya keçirilməyib. Bir sözlə, neqativ hallara yol verilməsə, bu, özəl sektorun inkişafına, keyfiyyətin artırılmasına səbəb olacaq. Hər hansı müəssisəni sıxmaq üçün də akkreditasiyadan istifadə edilə bilər. Buna görə də, ictimai, şəffaf nəzarət təmin olunmalıdır. Akkreditasiyada ictimaiyyət nümayəndələri də iştirak etməlidirlər”.

Qeyd edək ki, hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələrinə lisenziya verilməsi üçün 1250 manat tələb olunur.Ümumi təhsil müəssisələrində  (liseylər və gimnaziyalar daxil olmaqla) isə bu məbləğ 10 000 manatdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları