Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-08 11:48:00
Qəbul göstəriciləri ən yüksək olan məcburi köçkün rayonları - Reytinq liderləri

Dövlət İmtahan Mərkəzinin 2017-2018-ci il üzrə nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində tələbə qəbulu və buraxılış imtahanlarının elmi-statistik təhlili yer alıb.

Jurnalda ali məktəblərə qəbul zamanı ən yüksək nəticə göstərən bölgələrin içərisində işğalda olan rayonlarımızın adları da qeyd olunub.

AzEdu.az həmin mənbəyə istinadən xəbər verir ki, 2017-ci ildə Qubadlı rayonu üzrə 571 şagirddən 313 nəfər, Xocavənd rayonu üzrə 112 şagirddən 56 nəfər, Zəngilan rayonu üzrə 490 şagirddən 241 nəfər ali təhsil müəssisələrinə qəbul oluna bilib.

2017-ci ildə qəbul imtahanlarında ən zəif nəticə göstərən bölgələr arasında işğal altında olan heç bir rayonumuzun adı yer almayıb.

Xatırladaq ki, bu gün Şuşanın işğalından 27 il ötür.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları