Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-08 11:17:00
Müəllim olmaq istəyənlər üçün bu tarixdə sınaq imtahanı keçiriləcək  

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı nəzərdə tutulan sınaq imtahanına qeydiyyat prosesi davam edir.

AzEdu.az xəbər verir ki, sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.