Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-08 09:41:00
Qəbul imtahanlarının doğru cavabları daha “Space”Tv-də yayımlanmayacaq - Yalnız burada  

Mayda keçiriləcək yaz qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları internet vasitəsilə canlı yayımlanacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, cavablar imtahan keçirilən gün DİM-in yutub və feysbuk hesabları vasitəsilə iştirakçılara təqdim olunacaq. Eyni zamanda abituriyentlərin sualları da cavablandırılacaq.

Xatırladaq ki, qəbul imtahanlarında istifadə olunan tapşırıqların düzgün cavabları ənənəvi olaraq “Space” televiziyasında yayımlanırdı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları