Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-02 09:51:33
Belə tədrisə hazır deyilik, dinin məktəbdə nə işi var?!” – Ekspertdən etiraz  

“Şagirdlərin sərbəst qərar verməyi bacarmaları, seçim azadlığı üçün dinin tədrisi mütləq deyil. Müəllimin şagirdə münasibəti, valideynin övladı ilə davranışı məktəbliyə ən yaxşı təsir vasitəsidir. 

Onlara peşə, kitab seçimində, elementar şeylərdə azadlıq vermək, şərait yaratmaq lazımdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Anar Məmmədov dərsliklərdə dini mövzuların artırılacağı məsələsinə münasibət bildirərkən deyib. O, fikrini ölkəmizdə dinin dövlətdən ayrı olmasını deməklə əsaslandırıb:

“Din azadlığı konstitusiyada da qeyd olunub. Dinin məktəbdə nə işi var? Axı, Təhsil Nazirliyi də bir dövlət qurumudur. Onsuz da belə mövzulara Həyat bilgisi proqramında toxunulur. Müvafiq mövzular Ali təhsil müəssisələrində  də Multikulturalizm ili çərçivəsində tədris olunur. Bundan artıq mövqedə çıxış etmək yanlışdır. Bu sahənin öz mütəxəssisləri var.

Dinin geniş tədrisi üçün əlavə saatlar lazımdır. Şagirdin dərs yükü onsuz da ağırdır. Bu, olduqca həssas məsələdir. Fikrimcə, nazirlik bugünəcəndini mövzuya qarşı tamamilə doğru mövqe tutmuşdu. Artırmaq və ya ayrıca fənn kimi tədris etməyə ehtiyac  yoxdur. Bunu cəmiyyət özü tənzimləməlidir. Bu istiqamətə insanın öz inamı, inama yanaşması yol göstərir. Adamlar hələ qədimdən dini dövlətdən ayrı tutmağa çalışıblar. Təsəvvür edin, sinifdə 30 şagird var, bu zaman hər ailənin öz dini baxış və yanaşmasının olması təbiidir. Balansı hansı mövqedən çıxış edərək tənzimləmək mümkün olacaq?!”

O bildirib ki, onsuz da dərsliklər belə mövzulardanxalideyil. Bu mövzuya Həyat bilgisinin nəznindətoxunub, şagirdlərin suallarını cavablayırlar:

“Əlavə tədrisə ehtiyac olduğunu düşünmürəm. Uşaqlarımıza bütün dinlərə hörmətlə yanaşmağı, istənilən inanclıya hörmət etməyi təbliğ edirik. Bunu ayrı-ayrı istiqamətlərə bölüb keçməyin mənası nədir?! Üstəlik, respublikamızda mədrəsə və məscidlər var. Bu barədə əlavə maariflənmək istəyən ora müraciət edə bilər. Bu, ailənin vəşəxsin seçimidir. Məktəbə aidiyyəti yoxdur.

Valideynlər də buna yaxşı reaksiya verməyəcəklər. Bu, elə radikal mövzudur ki...Bəlkə də şagird müəllimə qulaq asacaq. Çünki bu sahədən məlumatsızdır. Bizdə isə hər kəs özünü dərin bilgiyə sahib ekspert hesab edir. Məktəbə müraciət edən dəolacaqvə müdaxilə edən də... Amma yaxşı nəticələnəcəyinidüşünmürəm. Ümumiyyətlə, buna ehtiyac yoxdur.  Müəssisə isə cəmiyyətin ehtiyaclarını ödəməlidir”.

Şagirdlərə bütün mövzularda, dində belə seçim azadlıqları olduğunu anlatmaq məsələsinə gəlincə isə...

“Şagirdlərin sərbəst qərar verməyi bacarmaları, seçim azadlığı dinin tədrisi mütləq deyil. Müəllimin şagirdə münasibəti, valideynin övladı ilə davranışı məktəbliyə ən yaxşı təsir vasitəsidir. Onlara peşə, kitab seçimində, elementar şeylərdə azadlıq vermək, şərait yaratmaq lazımdır. Dini dərsləri hansı kurikulumla. hansı planla keçəcəklər?! Bu, mümkün deyil! Hələ ki, belə tədrisə hazır olduğumuzu düşünmürəm. Hazırlıqdan əlavə, axı, bu, nə dərəcədə labüddür?”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları