Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-30 14:08:00
Qəbul imtahanlarının II mərhələsinə onlayn sınaq imtahanı keçirilir  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə otk.az portalı vasitəsilə mütəmadi onlayn sınaq imtahanları keçirilir.

DİM-dən AzEdu.az-a bildirilib ki, hazırda portalda qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqları istifadə olunmaqla növbəti 5-ci sınaq imtahanı keçirilir. İmtahana yazılanlar istəklərinə uyğun olaraq günün istənilən vaxtında imtahan üçün nəzərdə tutulan səhifəyə daxil olub bilik və bacarıqlarını yoxlaya bilərlər.

İmtahanda iştirak haqqı 3 manatdır. Bu sınaq imtahanına yazılanlar əlavə olaraq bundan əvvəl keçirilmiş 4 sınaq imtahanını da ödənişsiz verə bilərlər.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış olmaq mümkündür.