Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-29 11:50:00
DİM sədrindən bəzi müəllimlərə irad: “Onlar xidmətlərini satan şəxslərdir”
"Sosial şəbəkələrdə buraxılış imtanları ilə bağlı müxtəlif müzakirələrə rast gəldim. Bildiyiniz kimi buraxılış imtahanlarında sual kitabçası şagirdlərə verilmir. Ekspertlərə sual verirəm: Hansı beynəlxalq standartlarla təşkil olunan imtahanlarda suallar namizədə verilir?"
 
Azedu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlaması zamanı deyib.
 
O, sosial şəbəkələrdə buraxılış imtahanlarında sual kitabçalarının verilməməsiylə bağlı aparılan müzakirələrə münasibət bildirib:
 
"Sosial şəbəkələrdə bu mövzuyla bağlı müxtəlif müzakirələr gedir. Ekspertlərə sual verirəm: Hansı beynəlxalq standartlar əsasında keçirilən imtahanlarda suallar namizədə verilir?
 
Üstəlik, sosial şəbəkələrdə bəzi müəllimlər imtahan suallarının paylaşılmasında fəal iştirak edirlər. Mən onları müəllim adlandıra bilmərəm, onlar xidmətlərini satan və bu işi biznesə çevirən şəxslərdir. Niyə  bizim jurnallardakı məlumatlar, situasiya tipli testlər paylaşılmır? Hətta bəziləri, şagirdləri imtahana telefon aparmağa da sövq edirlər. Ötən il belə müəllimlərdən birini aşkarladıq və məlum oldu ki, həmin şəxs vaxtilə daxil olduğu qəbul imtahanında 300 ballıq nəticə göstərib".
 
Nəzrin Rüstəmova
Müəllifin digər yazıları