Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-29 11:40:00
Məleykə Abbaszadədən repetitorlara xəbərdarlıq : “Onları abituriyentlərin gələcək taleyi maraqlandırmır”

“Repetitorluq fəaliyyəti ilə məşğul olan insanlar tərəfindən abituriyentlərin müxtəlif qayda pozuntularına yol verməyə sövq edilməsi halları aşkar olunub”

AzEdu.az xəbər verir ki, bunu mətbuat konfransınmda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə  bildirib ki, repetitorları abituriyentlərin  gələcəy taleyi maraqlandırmır:

“Bu imtahanlardan sonra aparılan araşdırmalar nəticəsində kommersiya məqsədi ilə fəaliyyət göstərən müxtəlif kurslar və orada repetitorluq fəaliyyəti ilə məşğul olan insanlar tərəfindən abituriyentlərin müxtəlif qayda pozuntularına yol verməyə sövq edilməsi halları aşkar olunub. Müxtəlif hazırlıq kurslarının əməkdaşları sosial şəbəkələrdə yaradılan səhifə və qruplarda imtahan suallarının əldə edilməsi, paylaşılması, hətta imtahandan öncə bir binada və zalda imtahan verən abituriyentlərin tapılması, tanış edilməsi və digər işlərin təşkil edilməsində fəallıq göstərirlər. Ötən il  ali təhsil müəssisələrinə qəbul zamanı  imtahanda iştirak etməli olan  abituriyentin yerinə başqa birinin göndərilməsini təşkil edən (hazırda həmin şəxslərə qarşı cinayət işi açılıb), bu il aprelin 7-də keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə sual kitabçasının fotoşəklinin ilk dəfə paylaşılması da hazırlıq kurslarının repititor əməkdaşları tərəfindən edilmişdir. Bu şəxslərin əsas məqsədi daha çox abituriyent kütləsi toplamaqla maddi qazanc əldə etmək olur və abituriyentlərin gələcək taleyi çox təəssüf ki, onları maraqlandırmır”.

DİM sədri onuda bildirib ki, bəzi valideynləri abituriyentlərin səhvlərinin bağışlanması ilə əlaqədar bizə müraciət ediblər:

“Hazırda nəticələri ləğv olunan abituriyentlər, onların valideynləri kömək göstərilməsi və abituriyentlərin səhvlərinin bağışlanması ilə əlaqədar Dövlət İmtahan Mərkəzinə müraciət ediblər. Ancaq nəzərə almaq lazımdır ki, imtahan bir müsabiqədir və burada əsas məqsəd düzgün seçim etmək, daha bilikli şəxslərin müəyyən edilməsidir. Bir iştirakçıya güzəşt edilməsi, digər iştirakçıların hüquqlarının pozulması deməkdir.  Ona görə də, müsabiqə iştirakçıları, valideynlər daha da diqqətli olmalı, məsələyə ciddi yanaşmalıdırlar. Qeyri-qanuni metodlara əl atmaq, onlardan istifadə etmək yolverilməzdir. Abituriyentlər və onların yaxınları yalnız biznes məqsədi ilə fəaliyyət göstərən kursların, müəyyən şəxslərin vədlərinə aldanmamalı, özlərinin sui istifadə olunmasına şərait yaratmamalıdırlar”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları