Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-29 11:25:00
"Qaydaları pozanlar bu il imtahanlara buraxılmayacaqlar”- Məleykə Abbaszadə  

"Şagirdlər qaydaları pozmaq üçün hər il yeni üsullar kəşf edirlər. Dünən keçirilən imtahanlarda da bir neçə nəfər başqasının yerinə binaya girməyə cəhd edib. Onlardan birinin kimliyi artıq məlumdur"

Azedu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, qayda pozuntusu törədənlərlə bağlı aparılan araşdırmalar davam etdirilir:

"Bəzi abituriyentlər bilə-bilə imtahan qaydalarını pozurlar. Daha sonra bizə öz hüquqlarına görə müraciət edirlər. Nəzərinizə çatdırım ki, qaydaları pozanlar bu il imtahanlara buraxılmayacaqlar. Şagirdlər bu kimi halları törədə bilmək üçün hər il yeni üsullar kəşf edirlər. Dünən keçirilən imtahanlarda bir neçə nəfər başqasının yerinə binaya daxil olmağa cəhd edib. Onlardan birinin kimliyi artıq məlumdur. Bu şəxslər üçün ən yüngül cəza qəbul imtahanına buraxılmamaları olacaq".

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları