Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-27 15:49:00
 Norveçdə təhsillə bağlı ən çox verilən suallar – Cavablar

Norveç keyfiyyətli təhsil, sosial yaşam tərzi baxımından bir çox tələbələri özünə cəlb edir.

Son illərdə burada təhsil almaq istəyənlərin sayı artmaqdadır

AzEdu.az Norveçdə  təhsillə bağlı ən çox verilən sualları  və  onların cavabları təqdim edir.

-Hazırda Azərbaycan Dillər Universitetin III kurs tələbəsiyəm. Təhsilimin magistr dərəcəsini Norveçdə oxumaq istəyirəm. Bilmək istərdim ki, Norveç Avropa Birliyinə daxil ölkədir?

-Norveç inkişaf tempinə görə, Avropa ölkələrinin ortaq  göstəricilərindən daha   üstün həyat standartlarına sahib olduğu üçün Avropa Birliyinə aid deyil.

 -Norveçin ən nüfuzlu ali təhsil müəssisəsi hansıdır?

-Norveçin ən qədim və nüfuzlu ali təhsil müəssisəsi Oslo Universitetidir. 1946-cı ilə qədər ölkədə yeganə universitet olub.

-Bilmək istərdim ki, Norveç universitetlərində  bakalavr təhsil müddəti nə qədərdir?

-Norveçdə ali təhsildə  üçillik bakalavriatura, ikiillik magistratura və üçillik doktorantura (fəlsəfə doktoru) müddəti müəyyən edilib.

-Hazırda Bakı Dövlət Universitetinin II kurs tələbəsiyəm. Bilmək istərdim ki, Norveçdə təhsil alan tələbələrə nə kimi güzəştlər edilir?

-Norveçdə  tələbələrə çoxlu güzəştlər olunur. Nəqliyyatda tələbələr aşağı qiymətə aylıq kart ala bilərlər. Həmçinin universitet ərazisində çoxlu tələbə yeməkxanaları var. Oslodakı tələbə təşkilatı SiO ucuz yataqxana yerləri də təklif edir.

-Norveç universitetlərində ingilis dili proqramlarında təhsil almaq mümkündür?

-Norveç universitetlərində ingilis dil proqramlarında təhsil almaq mümkündür.

 - Orta məktəbi bitirdikdən sonra Norveçdə təhsil almaq istəyirəm. Bilmək istərdim ki, Norveçdə yaşayış xərcləri nə qədərdir?

-Norveçdə yaşayış xərcləri illik ortalama qiyməti 6.000 avro təşkil edir.

-Norveç universitetlərində hansı dildə təhsil almaq mümkündür?

-Norveç universitetlərində ingilis və Norveç dilində təhsil almaq mümkündür. İngilis dilində təhsil almaq istəyən tələbələr bu dildə 200-dən artıq bakalavr və magistr proqramlarını seçə bilərlər.

-Norveç universitetlərində ingilis dili proqramlarında təhsil almaq üçün IELTS və ya TOEFL balı nə qədər tələb olunur?

-İngilis dili üçün TOEFL PBT: minimum - 500, TOEFL IBT minimum – 60, IELTS minimum 5.0 tələb olunur.

-Norveçin özəl universitetlərində  təhsil haqqı nə qədərdir?

 -Norveçin özəl təhsil müəssisələrində ortalama  təhsil haqqı 8.000 – 20.000 avrodur.

-Norveçə viza rüsumu nə qədərdir?

-Norveçə viza rüsumu 35 avrodur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları