Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 11:06:52
Təhsil Nazirliyi ilə AzEdu.az -ın birgə layihəsi - “Bizim müəllim” - FOTO  

Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı İsmayıllı rayonu R.Ocaqov adına Buynuz kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi Aytac Ziyadxanlıya həsr olunur.

Aytac Ziyadxanlı 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 59 bal toplayıb.

A.Ziyadxanlının dediyinə görə, 2018-2019-cu tədris ilində öz ixtisası üzrə respublikada ən yüksək nəticəni məhz o göstərib.

Uşaqlıq arzusuna çatan Aytac Ziyadxanlı hazırda İsmayıllı rayonu R.Ocaqov adına Buynuz kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir..