Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-26 09:32:40
Yerdəyişmə etmək istəyən müəllimlərin diqqətinə - Əvvəlki nəticələr nəzərə alınacaq  

Cari tədris ilində müəllimlərin yerdəyişməsi müsabiqəsi zamanı əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirilmədə və yaxud işə qəbul imtahanlarında göstərilən nəticələr nəzərə alınacaq.

AzEdu.az xəbər verir ki, müəllimlərin yerdəyişməsi müsabiqəsinin iyun ayında  keçirilməsi nəzərdə tutulur.

Bu il ötən illərlə müqayisədə, müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqənin qaydalarında ciddi dəyişikliklərin edilməsi planlaşdırılmır. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.

Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. İş yerini dəyişmək istəyən müəllimlər miq.edu.az saytında onlayn qeydiyyatdan  keçməlidirlər.

Qeyd edək ki, ümumtəhsil məktəblərində müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər yayda keçirilən yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.