Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-25 10:45:00
Müəllimlərin nəzərinə: Müsabiqənin nəticələrini buradan öyrənə bilərsiniz

Müəllimlərin daimiləşmə müsabiqəsi başa çatdı

AzEdu.az xəbər verir ki, aprelin 24-də İnsan Resursları Mərkəzi tərəfindən keçirilən respublika üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin daimiləşməsi müsabiqəsinə yekun vurulub.

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olmaq istəyən 1170 müəllimin qatıldığı müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun inzibati binasında keçirilib. Müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.

Qeyd edək ki, müsabiqənin nəticələri ilə bağlı məlumat tezliklə müəllimlərin şəxsi səhifələrinə göndəriləcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları