Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-24 13:28:00
Müəllimlərə müraciət:  “İradlarınızı bura yazın”  

23 apreldə dövlət ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə müsabiqəsinin Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat, İngilis dili fənləri üzrə müsahibə mərhələsində 406 namizəd iştirak edib.

AzEdu.az xəbər verir ki, TİPİİ-nin İnsan Resursları Mərkəzi müsahibədə iştirak edən namizədlərə müraciət ünvanlayıb:

“Müsahibədə iştirak edən namizədlər iradlarını İnsan Resursları Mərkəzinin “facebook” hesabındakı şərh bölməsinə qeyd edə bilərlər”.

Qeyd edək ki, 22 apreldə dövlət ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə müsabiqəsinin ibtidai sinif, Kimya və Musiqi fənləri üzrə müsahibə mərhələsində 338 namizəd iştirak edib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları