Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-24 11:28:00
“Gənclər Fondunun bu addımı bəzi xaricdə təhsil şirkətləri üçün böyük problem olacaq” - Ekspert  

"AGF-nin gənclərin xaricdə magistr dərəcəsi üzrə maliyyəşdirməsi bəzi təhsil şirkətlərinə faəliyyətinə müsbət təsir göstərəcək”

Bunu AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev  bildirib.

Xatırladaq ki, Milli Məclisin Gənclər və idman komitəsinin aprelin 11-də keçirilən iclasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək bildirib ki, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprelin sonunda elan veriləcək və 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsilini Gənclər Fondu maliyyələşdirəcək.

Ekspertin sözlərinə görə, AGF-nin tələbələrin xaricdə magistr dərəcəsi üzrə maliyyələşdirməsi təqdirəlayiq addımdır:

“AGF-nin gənclərin xaricdə magistr dərəcəsi üzrə maliyyəşdirməsi bəzi təhsil şirkətlərinin fəaliyyətinə necə təsir edəcəyəni zaman göstərəcək. Amma bəlkə də bu proses bəzi xaricdə təhsil şirkətlərinin fəaliyyətinə  müsbət təsir göstərəcək. Çünki tələbələr AGF-na müraciət etdikləri zaman onların qəbul sənədləri olmalıdır. Elə buna görə də tələbələr peşəkar xaricdə təhsil şirkətlərinə müraciət etməli olacaqlar”. 

Fuad Hacıyev bildirib ki, AGF-nin gənclərin xaricdə magistr dərəcəsi üzrə maliyyəşdirməsi peşəkar təhsil şirkətlərinin qiymətinə təsir göstərəcək:

“Bəzi xaricdə təhsil şirkətləri bazar siyasətinə uyğun olaraq qiyməti qaldırıb və ya aşağı sala bilər. Amma xarici universitetlərə qəbul ala bilməyən təhsil şirkətləri üçün böyük problem olacaq”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları