Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-23 16:29:00
"Mən bir müəlliməm" layihəsinin Şirvan seminarı keçirilib

Aprelin 20-də "Mən bir müəlliməm" layihəsinin Şirvan seminarı keçirilib.

AzEdu.az xəbər verir ki, layihə 18 nömrəli məktəb liseydə baş tutub. Seminarda 100-dən çox müəllim iştirak edib. Salyan, Hacıqabul, Sabirabad rayonlarının təhsil işçiləri qatılıb.

Layihə rəhbəri Günel Əliyeva və Şirvan üzrə təmsilçi Nərmin Əlizadənin təqdimatı ilə baş tutan seminar Şirvan Şəhər Təhsil Şöbəsi, Bakı şəhərindəki The Secret Business Academy və Şirvan şəhərində yerləşən Avropa kurslarının təşkilatçılığı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan Avropa kurslarının rəhbəri Nazim İmanov layihənin əhəmiyyətindən danışıb. Günel Əliyeva çıxışında "Mən bir müəlliməm" layihəsinin məqsəd və vəzifələri haqda məlumat verib. Layihənin koordinatoru Məhəmməd Babazadə, Şirvan üzrə təmsilçisi Nərmin Əlizadə də öz çıxışlarında layihənin ölkə müəllimləri tərəfindən böyük maraqla qarşılandığını vurğulayıblar.

Seminarın gedişində təcrübəli və gənc müəllimlər "Əsl müəllim necə olmalıdır?" sualını cavablandırıb, müəllim- şagird münasibətlərindən söz açıblar. Elmi və bədii üslubları birləşdirən layihədə maraqlı anlar yaşanıb. Müəllim haqda şeirlər söylənilib, fikir mübadiləsi aparılıb. Həmçinin, Kurikulum və Pedaqogika ilə bağlı yeniliklər, imtahana düşə biləcək movzular barədə də məlumat verilib.

Seminarın sonunda fəal iştirakçılar fəxri fərmanla təltif ediliblər.