Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-23 12:41:12
Eyni şəxs ikinci dəfə magistratura təhsili ala bilər? – RƏSMİ  

Bir şəxsin bir neçə dəfə magistratura təhsili almasına məhdudiyyət tətbiq olunmur.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, qəbul qaydalarına əsasən, magistratura səviyyəsinə qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti də müəyyən edilməyib.

Eyni zamanda bir şəxsin bir neçə dəfə magistr təhsili almasına məhdudiyyət tətbiq olunmur. Məhdudiyyət, yalnız dövlət sifarişi əsasında ödənişsiz təhsil almaq hüququ ilə bağlıdır. Vətəndaşlar təhsil səviyyələrinin hər birində dövlət sifarişi əsasında təhsil almaq hüququndan yalnız bir dəfə istifadə edə bilərlər.

Yəni, bir dəfə ödənişsiz olaraq magistr təhsili almısınızsa, ikinci ixtisaslaşmalara qəbul ödənişli əsaslarla aparılacaq.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul olunmaq istəyən bakalavrların imtahanın II mərhələsi üzrə ərizələrinin onlayn qəbulu 26 apreldən mayın 7-nə kimi davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları