Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-23 12:10:52
Ceyhun Bayramov İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov İstanbul Texniki Universitetinin (İTU) rektoru Mehmet Karaca ilə görüşüb.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, görüşdə, həmçinin İTU-nun  rektor köməkçisi Lütfihak Alkpan və İTU-nun Memarlıq fakültəsinin dekanı Mehmet Murat Gül iştirak edib.

Görüşdə İTU ilə Azərbaycanın ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.