Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-22 09:10:00
ABŞ universitetindən 74 min dollarlıq tam təqaüd təklifi alan azərbaycanlı gənc – TANITIM

 

Tanınmış iqtisadçı, hazırda ABŞ-da elmi fəaliyyətlə məşğul olan Qubad İbadoğlu özünün şəxsi “facebook” hesabında   təhsildə uğura imza atan  azərbaycanlı gənc haqqında maraqlı məlumatlar paylaşıb:

AzEdu.az həmin gənc – Cavid Əlizadə ilə bağlı bağlı status təqdim edir:

"Cavid Əlizadə Boyuk Britaniyada İmperial College, University College qəbul olub, ABŞ-ın Lafayette College-dən 74 min dollar tam təqaüd təklifi alıb.

Onun  19 yaşı var. Orta təhsilimi Böyük Britaniyanın "Cardiff  Sixth Form College"- də alıb. 2018-ci ilin dekabr ayının 1-də keçirilən SAT imtahandan 1550 bal (maksimum 1600-dir) toplayıb. Bundan sonra Böyük Britaniyanin İmperial College London (dünya sıralaması -8, University College London (dünya sıralaması -10), Exeter University (dünya sıralaması-154), Avstraliyanın Monash University (dünya sıralaması-59), Türkiyənin Koç University, ABŞ-ın Alabama University (30000$ təqaüd), Lafayette College (tam təqaüd- 74000$) qəbul alıb. ABŞ-ın dünyaca məşhur Yale University (dünya siralaması-15) və Columbia University (dünya sıralaması-16) və Amherst College onu ehtiyat siyahısına salıb.


Xahiş edirəm siz də belə istedadlı gəncləri tanıtdırın. Onların da, cəmiyyətin də belə təqdimatlara ehtiyacı var. Belə təqdimatlar yaxşı örnəklər yaradır, gəncliyə stimul verir, onları ruhlandırır, daha yaxşı nəticələrə sövq edir. Eyni zamanda cəmiyyət də görür ki, Azərbaycanın gələcəyi olan işıqlı gənclik yetişir və bu da hər birimizdə gələcəyə inamı və ümidi artırır. Odur ki, gəlin belə gəncləri tanıyaq və bu məlumatı pylaşmaqa onları tanıdaq, həmçinin Cavidin nəticələri ilə qürur duyaq və ona yolunun açıq olması, uğurlarının bol və davamlı olmasını arzulayaq”.