Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-17 10:36:00
Xaricdə təhsil alanlara hansı hallarda hərbi xidmətdən möhlət hüququ verilir?- Vacib məsələ  

“Ukrayna və bəzi ölkələrin bir çox universitetlərində təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət  hüquqi verilmir”

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib. Onun sözlərinə görə, xaricdə təhsil almaq istəyənlərə müəyyən şərtlər çərçivəsində hərbi xidmətdən möhlət hüququ verilir:

“Xaricdə təhsil almaq istəyən oğlanlara hərbi xidmətdən  möhlət hüquqi verilir. Amma bir şərtlə ki, gənclərin təhsil alacağı universitetdən qəbul sənədi  olmalıdır. Onu da qeyd edim ki,bəzi hərbi komissarlıqlar qeyri-leqal gənclərdən xarici  universitetə  qeydiyyat olunduqları barədə  sənəd tələb edirlər. Amma məlumdur ki, tələbələr universitetə getməmiş bu sənədi əldə edə bilməzlər”.

“Gəncliyin Elmi-Mədəni  İnkişafı”  İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə  ekspert Sərdar Yusifoğlunun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən  tanınan xarici ölkə universitetlərinə qəbul olunduqda tələbəyə  hərbi xidmətdən möhlət hüquqi verilir. Əks halda isə bu,  mümkün deyil və belə bir hal hələlik, baş verməyib:

“Xarici ölkənin Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq verilən (lisenziya) universitetlərində təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüquqi verilir.Onu da qeyd edim ki, 2015-ci ilin ikinci yarısı və   2016-cı ilin  mart ayına qədər xaricdə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi  barədə parlamentdə  gərgin  müzakirələr getdi.  Müzakirələr  zamanı xaricdə təhsil alanlara  seçilmiş universitetlər üzrə hərbi möhlət  verilməsi nəzərdə tutulurdu. 

2016-ci ilin may ayına qədər xaricdə magistr və doktorantura üzrə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi yox idi. Apostil qanuna qoşulan ölkələrdə ümumiyyətlə  xaricdə,  bakalavr, magistr və doktorantura üzrə təhsil alanlar üçün hərbi xidmətdən möhlət hüququ keçərlidir.  Hərbi xidmətdən möhlət verilməsi  xaricdə  hazırlıq fakültəsində təhsil alanlara da aiddir”.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları