Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-14 15:36:00
Osman Gündüz: "İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur"

Aprelin 7-si buraxılış imtahanlarından sonra sualların sosial şəbəkədə yayılması geniş müzakirələrə səbəb olub.

Dövlət İmtahan Mərkəzi tərəfindən verilən rəsmi açıqlamada belə hallara yol verən şagirdlərin barkodlar vasitəsilə asanlıqla müəyyən edildiyi və onların imtahan nəticələrinin ləğv olunacağı qeyd edilib.

AzEdu.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı açıqlama verib. Osman Gündüzün sözlərinə görə, DİM-in bu problemin həllinə yanaşması qüsurludur:

"Elə kurslar, repetitorlar var ki , şagirdlərinə sadəcə fərqli imtahan suallarını yadda saxlamağı tapşırırlar. 

İmtahandan sonra artıq bütün suallar bəlli yerlərdə olur.Burada hansısa qanun pozuntusunun olduğunu düşünmürəm. Əminəm ki , DİM imtahan verənlərə sualları yadda saxlamağı qadağan etməyəcək. Belə olan halda fikrimcə, problemin həlli üçün fərqli yol düşünülməlidir.

Əslində , DİM belə də edir və istiqamətlər üzrə keçirilən imtahanlarda tam fərqli tapşırıqlardan istifadə olunur. Müxtəlif vaxtlarda keçirilən buraxılış imtahanlarına eyni sualların salınacağını gözləmək sadəlövlük olardı. Belə olan halda , bu cür açıqlamaların da yeri yoxdur.

Güman ki, DİM, sadəcə kommersiya baxımından sualların yayılmasında maraqlı deyil. Qurumun test bazasını genişləndirməsi daha doğru olardı. Dövlət vəsaiti hesabına əldə olunun, artıq bir dəfə istifadə olunan test tapşırıqlarından başqa qurumların və abituriyentlərin istifadəsinə DİM-in tolerant yanaşması daha doğrudur".