Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-14 10:48:00
Çində şagirdlərin diqqətini ölçmək üçün xüsusi cihazdan istifadə edilir 

Çinin təxminən 4 min məktəbində şagirdlərin beyin siqnallarını izlyərək onların diqqətini yoxlayan xüsusi bantlardan istifadə edilməyə başlayıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu cihazları istehsal edən Amerika şirkəti "BrainCo"nun proqnozlarına görə, cihazın yaxın gələcəkdə milyonlarla şagird üzərində yoxlanılması planlaşdırılır.

Cihaz hazırda dünya ölkələrində ciddi problemə çevrilən və hər gün artmaqda davam edən disleksiyalı uşaqların aşkarlanması üçün faydalı hesab olunur. Belə ki, dərs zamanı şagirdin diqqəti yayındığı zaman müxtəlif rənglərdə işıqları yanaraq müəllimə siqnal ötürən cihazdan əlavə 20.000 sayda da sifariş edilib.

“New Scientist” jurnalının verdiyi məlumata görə, bantlar bu günə qədər 10-17 yaşlı 10 mindən çox çinli üzərində sınaqdan keçirilib.

Qeyd edək ki, bu araşdırmanın nəticələri hələlik heç bir elmi dərgidə yayımlanmayıb. Bir çox dünya alimləri isə, ümumiyyətlə, bu texnologiya ilə bağlı şübhələrini vurğulayıblar.