Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-13 14:05:00
Müəllimlərin diqqətinə: Az xərclə yüksək sinif dizaynı 

Geyim, ev təchizatı, eləcə də müxtəlif  iaşə müəssisələri və s. üçün dizayn önəmli məsələlərdən biridir. Ticarətlə məşğul olanlar dizaynın satışa nə qədər təsir etdiyini daha yaxşı bilirdlər. Diqqətçəkici dizayn müştəriyə ilk “qarmağı” atır və bu, satışı artırır.

Çoxları orta məktəbdən danışarkən “satış” sözünə rast gələndə təəccüblənirlər. Əslində isə müəllimin bəlkə də, heç vaxt haqqında düşünmədiyimiz rolu satıcılıqdır. Müəllim öncədən müəyyənləşdirdiyi məlumatı  şagirdlərinə verməyə çalışan şəxsdir. Amma məlumatı şagirdlərə daha tez qavrada bilmək üçün yaxşı satıcı olmaq lazımdır.

AzEdu.az xarici mediaya istinadən bildirir ki, sinfin mövzuya uyğun, motivasiyaedici dizaynı şagirdlərin daha tez öyrənməsinə dəstək olur. Bunun üçün geniş təmir işlərinə ehtiyac yoxdur. Bəzən müəllimin yaradıcı təxəyyülü az xərclə dərsin maraqlı  şəkildə tədrisinə səbəb olur. Məsələn, dərsiniz “Dünya və Kosmos” mövzusundadısa, sinfin qara bir qurşaqla örtüldüyünü və Günəş sisteminin bu sinfin tavanında yaradıldığını xəyal edin. Belə bir sinifdə Günəş sisteminə dair mövzular çox təsirli olacaq və məktəblilərin diqqətini cəlb edəcək.

Sinif dizaynının yalnız dekorativ bir məqsədi ola bilər,  eləcə də sinifdə xüsusi sahələr yaradıla bilər. Məsələn doğum günü guşəsi, sinif statistikası guşəsi, şagird şkaflarının kimə aid olduğunu göstərən tanıdıcı işarələr və s. sinfi bir səhnə olaraq gördüyümüzdə bu səhnənin dizaynı da önəmli olacaq. Necə ki, bir teatr oyununda səhnə dekoru, oyundakı dramatik quruluşu gücləndirirsə, sinifdə ediləcək vizual  tənzimlənmə də sinifdəki öyrənmə mühitinə dəstək olacaq. Məsələn, təbii fəlakətlər mövzusunu işləyəcək müəllimin sinif mühitinə asacağı posterlər, öyrənmə xəritələri, maraq artıracaq sual lövhələri, təbii fəlakətlərlə bağlı afişalar mövzu ilə bağlı öyrənməyə qatqı yaradacaq.

Sinifdə yaradılan “Oxu” guşəsi, burada kitabların düzülüşü, sinfin yaş xüsusiyyətlərinə uyğun hərflərin asılması, rəqəmlər, kimyəvi elementlər, xəritələr və məlumatlandırma lövhələri ilə dizayn da məktəblinin diqqətini cəlb edə bilər. Şagirdlər bu dizaynı həm də onlara dəyəri verilməsi kimi başa düşürlər.

Şagirdlərin boş vaxtlarda maraqlana biləcəkləri guşələrə də ehtiyac az deyil. Gərgin zehni əmək bu ehtiyacı faha da artırır. “Günün karikaturası”, “həftənin tapmacası”, “çətin suallar”, “Bunları bilirdinizmi?” kimi guşələr yaradaraq tənəffüsdə daim çölə can atan şagirdi sinfə cəlb etmək olar.

Sinif divarlarında dərs cədvəli, ayın menyusu, şagirdlərin məsuliyyəti və s. mövzulu mətnlərin asılmasında da fayda var.

Sinid otağının dizaynı çoxlarına kiçik, əhəmiyyətsiz görünə bilər, amma bu, şagirdlərin özgüvənli olması, tez həyəcanlanmaması ilə birbaşa əlaqəlidir. Standart divarlar arxasında yetişdirilən şəxsiyyətlər çox vaxt yüksək intizamlı olsa da, yaradıcılıq qabiliyyətlərindən məhrum olurlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları