Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-12 12:20:00
İmtahanlardakı nəzarətçilərin özlərinə də diqqət etmək lazımdır” –Ekspertdən “SOS”  

Sosial şəbəkələrdə paylaşılan şəkillərdən aydın olur ki, imtahanda hər kəs öz ampluasında məsuliyyətsizlik göstərib.

Bu məsuliyyətsizlik də öz növbəsində təhsil camiəsində böyük rezonans doğurdu. Qarşıdakı günlərdə imtahan verəcək şagirdlər təşviş içərisindədirlər. Onlar DİM-in imtahanları çətinləşdirəcəyindən və sualları tamamilə dəyişəcəyindən qorxurlar”.

Bu sözləri AzEdu.az-aaçıqlamasında təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. Onun sözlərinə görə,buraxılış imtahanları əvvəlki illərdə o qədər də ciddi qəbul edilmədiyi üçün hər zaman imtahanlarda xətalar baş verib:

“Xətalar əsasən, köçürmə halları, zənglərlə cavabların soruşulması, imtahana telefon keçirilməsi və s. kimi hallardan ibarət idi. Yeni qəbul qaydalarına əsasən, buraxılış imtahanından əldə olunan nəticəqəbul balının üzərinə gələcək. Bir sözlə, bu qərarla buraxılış imtahanı ciddi status qazandı və qəbul imtahanının I mərhələsi hesab olundu. Təəssüf, əvvəlki illərdə başda qalan ab-hava bu il aprel ayının 7-də keçirilən imtahanda da özünü büruzə verdi. Həmin ab-hava köçürmə hallarının baş verməsinə, sualların şəkillərinin çəkilərək sosial şəbəkələr vasitəsilə daha geniş kütləyə çatdırılmasına gətirib çıxartdı”.

Elçin Əfəndi qeyd edir ki, artıq təhsildə STEM dövrüdür:

“Hər şey robotlaşmağa, yeni-yeni informasiya texnologiyalarının yaranmasına doğru gedir. Saatlarda, düymələrdə, qələmlərdə və s. kameralar quraşdırılır. Hər bir detala fikir vermək lazımdır. Hətta nəzarətçilərin özlərinə də nəzarət etmək lazımdır. Əks halda, baş verən imtahan pozuntuları qaçılmazdır. İmtahan zamanı məsuliyyəti şagirdləri yoxlayıb, binaya buraxan şəxslər daşıyır. İkinci növbədə məsuliyyət imtahan nəzarətçilərinin üzərindədir. Ən son məsuliyyəti isə şagird özü daşıyır.Paylaşılan şəkillərdən aydın olur ki, hər kəs öz ampluasında məsuliyyətsizlik göstərib. Bu məsuliyyətsizlik də öz növbəsində təhsil camiəsində böyük rezonans doğurdu. Qarşıdakı günlərdə imtahan verəcək şagirdlər təşviş içərisindədilər. Onlar DİM-in imtahanları çətinləşdirəcəyindən və sualları tamamilə dəyişəcəyindən qorxular.

DİM artıq baş verən imtahan pozuntuları ilə bağlı müvafiq addımlar atır. Bildiyim qədəri ilə, 2 şagirdin nəticəsi ləğv olunub. Araşdırmalar hələ də davam etdirilir. Qarşıdakı imtahanlara gəlincə isə DİM-də suallar və mövzular əvvəlcədən qəbul edilərək hazırlanıb. Yəni, biliyinə güvənən şəxs üçün narahat olacaq heç bir məqam yoxdur”.

Xatırladaq ki, DİM tərəfindən buraxılış imtahanları bitdikdən sonra şagirdlərə sual kitabçalarının verilməsi qadağan olunduğu halda bəzi şagirdlər imtahanlardan sonra sual kitabçalarını müxtəlif vasitələrlə sosial şəbəkələrdə yayıblar.

Məsələylə bağlı DİM-in sektor müdiri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında bildirib ki, buraxılış imtahanlarından sual kitabçalarının çıxarılması qəti şəkildə qadağandır. Onun sözlərinə görə, müxtəlif üsullarla sual kitabçasını imtahandan çıxaran və ya şəklini çəkib internetdə yayan abituriyentlər birmənalı şəkildə cəzalandırılacaq:

“Bu kimi qeyri-qanuni hallar aşkar olunduğu təqdirdə, DİM tərəfindən ciddi tədbir görüləcək. Əgər hər hansı vasitə ilə sual kitabçası imtahandan çıxarılarsa və fakt DİM tərəfindən aşkarlanarsa, həmin şagirdin imtahan nəticələri ləğv olunacaq və onlar qəbul imtahanının II mərhələsinə buraxılmayacaqlar.

Bundan əlavə, müəyyən edilən qaydalara riayət etməyən hər şagirdin nəticələri birmənalı şəkildə ləğv olunacaq".

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları