Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-11 15:10:00
Buraxılış imtahanlarında 13 şagird  qovulub, 3 nəfərdə telefon tutulub - RƏSMİ  

“Ötən imtahanlarda 13 şagird imtahan zalından kənarlaşdırılıb, 3 nəfərdə isə telefon aşkarlanıb”

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin rəsmi feysbuk səhifəsindəki canlı yayımda DİM-in Təşkilat şöbəsinin müdiri Azər Bağırov deyib. Onun sözlərinə görə, sözügedən hal ilkin protokolların emalı zamanı ortaya çıxıb:

“Təssüflər olsun, buraxılış imtahanlarında müxtəlif qayda pozuntuları aşkarlanıb. Köçürməyə cəhd edənlər, imtahana telefon keçirməyə çalışanlar olub. Ötən imtahanlarda 13 şagird imtahan zalından kənarlaşdırılıb, 3 nəfərdə isə mobil telefon tutulub. Məsələlər ciddi araşdırılır və çox istərdik ki, belə halllar baş verməsin".

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları