Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-10 11:34:00
Şəmil Sadiqdan Bahar Muradovaya təşəkkür: “Müəllimliyə tövsiyənizlə başladım”

Hədəf Qrupun rəhbəri, fəlsəfə doktoru, dosent Şəmil Sadiq Milli Məclisin sədr müavini xanım Bahar Muradovanın qəbulunda olub.

AzEdu.az xəbər verir ki, görüşdə Şəmil Sadiq Bahar xanımın onun inkişafında müstəsna rol oynadığını bildirib:

“Sizinlə ilk dəfə 19 il əvvəl görüşmüşdük. Onda YAP Gənclər Təşkilatının aktiv gənclərindən olduğum üçün bir neçə ay YAP İcra Aparatında sizin yanınızda könüllü fəaliyyət göstərmişdim. Yüzlərlə gənc kimi Sizin mənim inkişafımda müstəsna rolunuz olub. Müəllimlik fəaliyyətinə də məhz sizin tövsiyənizlə başlamışam”.

Şəmil Sadiq məhz 19 il sonra baş tutan görüş barəsində də bunları qeyd edib:

“19 ildən sonra Bahar xanım, sizin yanınıza alnıaçıq gəlmişəm. O gündən bu günə öz üzərimdə çalışdım və Ulu Öndərin “Gələcək gənclərin çiyinləri üzərində qurulacaq” fikrini həmişə bir prinsip kimi yaşadım, bu gün də dövlətimə və vətənimə canla-başla xidmət edirəm. Çünki sizin yanınız ilk iş yerim olub və qısa zamanda sizdən qayğı və sayğı, gəncliyə dəstək gördüm və bunu da heç vaxt unutmadım."

Milli Məclisin Sədr müavini gənc iş adamını səmimi qəbul edib, fəaliyyətindən xəbərdar olduğunu və təqdir etdiyini bildirib.

Şəmil Sadiq Bahar Muradovaya layihə rəhbəri olduğu 50 cildlik “Xatirə Ədəbiyyatı” seriyasını, “Dədə Qorqud” dastanının Vatikan nüsxəsini və “Ustad” dərgisini hədiyyə edib.