Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-10 10:34:00
Universitetlərə qəbul olunmaq üçün 60 mindən çox abituriyent ərizəsini təsdiqlədi

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulunun başa çatmasına 5 gün qalıb.

Sənəd qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılır.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu dəqiqələrə olan məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 61.247 abituriyent öz ərizəsini təsdiq edib.

İxtisas qrupları üzrə ərizəsini təsdiq edənlərin arasında I qrupun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 22.184, rus bölməsi üzrə isə 2.057 nəfər;

II ixtisas qrupu üzrə  11.276, rus bölməsi üzrə isə 1.249 nəfər;

III ixtisas qrupu üzrə 18.073, rus bölməsi üzrə 1.313 nəfər;

IV ixtisas qrupu üzrə 4.047, rus bölməsi üzrə isə 509 nəfər ərizəsini təsdiqləyib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər.

Qeyd edək ki, tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı "Abituriyent" 2 jurnalında tanış ola bilərsiniz.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları