Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-07 15:01:00
Hər bir gəncin oxumaq istədiyi İtaliya universitetləri – Təhsil liderləri

Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bir çox gəncin arzusu xaricdə təhsil almaqdır.

Son zamanlar gənclər İtaliyada təhsil almağa üstünlük verir.

AzEdu.az  budəfəki, yazısında İtaliyada universitetləri barədə məlumatları təqdim edir:

Təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də İtaliyadır. İtaliyada həm dövlət  həm də özəl universitetlər mövcuddur. Hazırda İtaliya universitetlərində təxminən 1.5 milyona yaxın tələbə təhsil alır.  Dünyada rəqabətə davamlı, keyfiyyətli və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınan İtaliya universitetlərinin 70 faizi dövlət statusundadır.

İndi isə ən yaxşı universitetləri barədə:

Milan Politexnik Universiteti İtaliyanın Milan şəhərində yerləşən ali təhsil müəssisəsidir. Universitet texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biridir. İtalyanın qədim ali təhsil ocaqlarından biri olan Milan Politexnik Universitetinin əsası 1863-cü ildə qoyulub. Universitet ilk dəfə Yüksək Texniki İnstitut  adlandırılıb və həmin dövrdə ona Françesko Brioşi rəhbərlik edirdi. Avropada ilk elektron hesablama mərkəzi 1954-cü ildə Milan Politexnik Universitetində yaradılıb.   Universitetin kitabxana sistemində isə 4870 mindən çox nadir nüsxə mövcuddur. Milano Poltitexnik Universitetinin kitabxanasında tələbələrin imtahanlara yüksək səviyyədə hazırlaşmaları üçün lazımi şərait yaradılıb.

 Avropanın ən qədim ali məktəblərində biri də  Bolonya Universitetidir    . Bolonya Universiteti İtaliyanın Bolonya şəhərində yerləşir.  Ali təhsil müəssisəsi qədimliyinə görə "rəqibi" Mərakeşdə yerləşən Əl-Qarauin Universitetidir.  Bolonya Universiteti 1088-ci ildə yaradılıb.  

İtaliyanın ən qədim ali təhsil müəssisələrindən biri də Piza Universitetidir. Universitet  İtaliyanın Piza şəhərində yerləşir. Ali təhsil müəssisəsinin əsası isə  1343-cü ildə qoyulub. 

İtaliyanın nüfuzlu ali təhsil müəssisələrindən biri də Roma Sapienza Universitetidir.  Ali təhsil müəssisəsi İtaliyanın Roma şəhərində yerləşir. La Sapienza Universitetin əsası isə 1303-cü ildə  Papa  VIII Bonifatsi tərəfindən qoyulub.  Məşhur məzunları arasında həkim, pedaqoq Mariya Montessori, yazıçı Qabriel Annunsio, rejissor Bernardo Bertoluççidir.   Universitet təkcə qədimliyinə görə deyil, eyni zamanda  tələbə sayında da Avropada ön sıralarda yer tutur.  Burada təxminən, 112 min tələbə  təhsil alır. Universitetdə dünyanın bir çox ölkəsindən tələbələrə rast gəlmək olar.  Azərbaycandan da kifayət qədər tələbə təhsil alır

Günel Yaşarqızı
Müəllifin digər yazıları