Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 18:00:00
Diaqnostik qiymətləndirmə nə vaxt keçiriləcək? - Nazirlikdən rəsmi açıqlama

Təhsil Nazirliyi yeni diaqnostik qiymətləndirmənin keçirilməsinə münasibət bildirib.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə "Təməl" verlişinə çıxışı zamanı bildirib ki, 2014-cü ildən keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsi ölkəni tam əhatə edib.

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədən keçməyən çox az sayda müəllim qalıb: “Burada Təhsil Nazirliyindən asılı olan məsələ yoxdur. Müəllimlərin səhhəti imkan verməyib, müxtəlif səbəblər olub ki, diaqnostik qiymətləndirmədə iştirak edə bilməyib”. 

M. Camalzadə qeyd edib ki, may ayında diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulmayıb.