Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 17:49:29
Müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin vaxtı açıqlandı

2019-2020-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin başlayacağı tarix məlum olub.

AzEdu.az-ın  xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə Təhsil TV-də "Təməl" verlişində açıqlaması zamanı bildirib ki, müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə iyul ayından başlayacaq.

O qeyd edib ki, bu proses bir neçə mərhələdən ibarət olmaqla iyul, avqust və sentyabr aylarını əhatə edəcək.

M. Camalzadə qeyd edib ki, iyun ayında müəllimlərin yerdəyişməsi də həyata keçiriləcək. Bu tədris ilində müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqənin qaydalarında ciddi dəyişikliklərin edilməsi planlaşdırılmır.