Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-03 12:45:00
57.538 abituriyent öz ərizəsini təsdiqlədib – Lider fənn bloku  

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılır.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu dəqiqələrə olan məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 57.538 abituriyent öz ərizəsini təsdiq edib.

İxtisas qrupları üzrə ərizəsini təsdiq edənlərin arasında I qrupun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 17.916 rus bölməsi üzrə isə 1.780 nəfər;

II ixtisas qrupu üzrə  9.325, rus bölməsi üzrə isə 1.104 nəfər;

III ixtisas qrupu üzrə 14.860, rus bölməsi üzrə 1.136 nəfər;

IV ixtisas qrupu üzrə 3.362, rus bölməsi üzrə isə 447 nəfər ərizəsini təsdiqləyib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər.

Qeyd edək ki, tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı "Abituriyent" 2 jurnalında tanış ola bilərsiniz.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları