Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-02 14:15:00
Xaricdəki tələbə: “Burada alkoqol çox içildiyindən şəhərdən spesifik qoxular gəlir” -MÜSAHİBƏ  

“Azərbaycanda tələbə həyatı üçün yaxşı şərait yaradılmayıb. Dərsdən sonra tələbələrin çoxu vaxtlarını çayxanalarda keçirirlər”

Bu sözləri AzEdu.az-a Ümid Vəlizadə deyib.

Öz dilindən DOSYE:Mən, Ümid Vəlizadə  2000-ci ildə Bakıda anadan olmuşam. İbtidai təhsilə təhsilimi 158 nömrəli  orta məktəbdə oxumuşam. Daha sonra isə Türkiyə Dəyanət Vəqfi liseyində orta təhsilimi davam etdirmişəm. Orta təhsilimi başa vurduqdan sonra ADA Universitetinə qəbul olundum.  ADA Universitetində 1il oxuduqdan sonra Avropa Birliyinin təşkil etdiyi təqaüd proqramına müraciət edib, Polşada təhsil almağa qərar verdim. Hazırda Polşanın WSB Universitetində “Financial Enginering” ixtisası üzrə bakalavr təhsili alıram.

İndi isə Ümid Vəlizadə ilə müsahibəni təqdim edirik:

Səmimi etiraf:Polşada müəllim-tələbə münasibəti Azərbaycandan daha yaxşıdır”.

-Ümid, əvvəlcə Polşa təhsil sisteminin bəyənib-bəyənmədiyin tərəfləri  haqqında danışardın…

-Polşa təhsil sisteminin bəyəndiyim tərəfləri çoxdur.  Ölkənin bir çox  universitetlərində qaib limiti yoxdur. Polşada müəllim-tələbə münasibəti Azərbaycandan daha yaxşıdır. Amma bəyənmədiyim tərəfi isə təhsil sistemində köhnə ənənənin saxlanılması, dərs sayının çox olmasıdır.

-Səncə, Polşada təhsil sistemini digərlərindənfərqləndir ən başlıca xüsusiyyətlər hansılardır?

-Fikrimcə, Polşanın təhsil sistemi bir çox Mərkəzi Avropa ölkələri ilə oxşardır.  Amma Azərbaycandan fərqli olaraq Polşada təhsilin  bakalavr dərəcəsi 3 ildir.

-Bəzən, xaricdə təhsil alan tələbələr ölkə və ya universitet seçimlərindəntəəssüflənirlər. Bəs, səndə nə zaman təəssüf hissi yaranıb?

-Müəllimlərimin ingilis dil biliyinin aşağı səviyyədə olmasına çox təəssüflənmişəm.

-Fərqli ölkə və mədəniyyətə uyğunlaşmaq səndə hansı çətinlikləri yaratdı?

- Polyakların çoxu gündəlik alkoqollu içkilərdən istifadə edir. Məhz buna görə də şəhərin müxtəlif yerlərində müəyyən spesifik qoxular gəlir. Eyni zamanda, polyakların irqçi olmağı biraz narahatedici amildir.

-Bəzən, valideynlər övladlarının ixtisas seçiminə müdaxilə edir. Maraqlıdır, həmin valideynlərə nə demək istərdin?

-Övladların seçiminə müdaxilə edən valideynlərə bəzən haqq verirəm. Çünki, Azərbaycanda  məzunların bir çoxu gələcək üçün doğru seçim edə bilmirlər .

Təklif: “Azərbaycanda tələbələr üçün bir çox yerlərdə endirim olmalıdır”

-Son zamanlar gənclərimizin əksəriyyəti xarici ölkədə təhsil almağa üstünlük verirlər.  Səncə, buna səbəblər nədir?

-Gənclərin xarici ölkədə təhsil almasının səbəbləri çoxdur. İlk növbədə Azərbaycanda tələbə həyatı üçün yaxşı şərait yaradılmayıb. Tələbələrin çoxusu dərsdən sonra zamanlarını çayxanalarda keçirir. Həmçinin, tələbə qızlar üçün yaradılanşərait zəifdir. Universitetlərin  zallarında   məşhur idman növləri üzrə müəyyən həvəskar kütləsi olmalıdır. Eyni zamanda tələbələr üçün bir çox yerlərdə endirim olmalıdır. Təəssüf ki,  bizdə buna çox az qayğı var.  Xarici ölkələrdə xüsusilə dəAvropada  tələbələrə diqqət və qayğı çox göstərilir.

-Təhsil aldığın universitet   ölkədə hansı ixtisası ilə məşhurdur?

-Polşa adətən İT sahəsi üzrə məşhurdur. Həmçinin, ölkədə maliyyə, iqtisadiyyat da inkişaf etmiş sahədir.

-Polşa universitetə qəbul prosedurlarından da danışardın...

-Polşa universitetlərinə qəbul adətən aprel ayından başlayaraq avqusta qədər davam edir.  Ölkədə bir çox universitet ingilis dilini təsdiq edən sənədi tələb edir. Onu da bildirim ki, bu işdəşəxsən tələbələrə kömək edirəm.

-Polşa səndə nələri dəyişdi?

-Polşaya gəldikdən sonra səbr etməyi daha da yaxşı öyrəndim. Eyni zamanda, digər din və mədəniyyətlərə daha tolerant olmağın vacibliyini gördüm.

-Ümid, boş zamanlarını necə dəyərləndirirsən?

-Boş zamanlarını tarixi filmlərə baxaraq və ya futbol oynamaqla dəyərləndirirəm. Onu da bildirim ki, siyasətlə maraqlanmağı da xoşlayıram.

-Azərbaycan təhsil sistemindən də danışaq. Səncə, təhsilimizdə hansı boşluqlar var?

-Təhsilimizdə olan boşluq sistemi I sinifdən başlayır. İbtidai siniflərdə oxuyan şagirdlərin dərs yükü çoxdur. Məhz ona görə də onlar kənar fəaliyyətə vaxt ayıra bilmir.  Fikrimcə, şagirdlərin kənar fəaliyyətlərinə vaxt ayıra bilməməsi başlıca problemdir. DİM hazırlıq sistemində də boşluqlar var. Məsələn: tələbələrimiz orta məktəbdən əlavə hazırlığa gedərək xeyli xərc çəkirlər. Həmçinin, bəzi tələbələrin  imkanı olmadığı  üçün universitet oxuya bilmirlər. Eyni zamanda,Azərbaycan universitetlərinin  illik təhsil haqqı da insanların cibinə uyğun deyil.

-Polşada ölkəmizi necə tanıyırlar və onların Azərbaycan haqqında düşüncələri necədir?

-Polşa vətəndaşlarının bir çoxu ölkəmizi tanımır. Amma  bacardığımız qədər ölkəmizi tanıtmağa çalışırıq. Azərbaycanı  tanıyanlar  isə çox varlı ölkə olaraq bilirlər.

-Gənclər Avropa ölkələrində  özəl universitetlərdə oxumağı fəxr hesab edir.Lakin Azərbaycanda isə bu düşüncə bir qədər fərqlidir. Səncə, bu tendensiya nə ilə əlaqəlidir?

-Fikrimcə, insanlarda artıq düşüncə dəyişib. Onu da bildirim ki, ADA Universiteti insanlarda bu düşüncələri dəyişdirir.

-Gənclərə Polşada təhsil almağı tövsiyə edirsənmi?

-Polşa Avropaya giriş ölkəsidir və digər qonşu ölkələrlə müqayisədə  ucuzluğu ilə seçilir. Polşa təhsil və təcrübə cəhətdən də Azərbaycandan daha öndə olduğu üçün gənclərə burada oxumağı tövsiyə edirəm.

-Polşada elə şəhər varmı ki, gənclərimizin orada yaşamağını məsləhət etmirsən?

-Polşada gənclərə məsləhət edə bilməyəcəyimşəhər yoxdur. Çünki, Polşada  şəhərlərin hamısı inkişaf etməkdədir.

-Təhsil aldığın universitetlərdə nə qədər azərbaycanlı təhsil alır?

-WSB  Universitetində təxminən, 100 azərbaycanlı tələbə təhsil alır.

-Ölkəmizi Polşada layiqincə təmsil etmək üçün nə edirsən?

-Hazırda WSB Universitetində təhsil aldığımın ikinci ilidir. Ümumiyyətlə, 2 il ərzində bir çox böyük tədbirləri təşkil etmişəm. Keçən il  AXC-in 100 illiyiilə əlaqədar 200nəfərin iştirakı ilə maraqlı tədbirimiz olub. Polşada tarix, mədəniyyət, milli rəqs və musiqilərimizi tədbir iştirakçılara nümayiş etdirmişdik. Daha sonra 20 yanvar  və Novruz bayramı ilə də bağlı tədbirlərimiz olub.

-Azərbaycan və Polşa tələbəsini müqayisə etsək  nə kimi fərqlilikləri vurğulaya bilərsən?

-Bizdən fərqli olaraq Polşada tələbələr daha yaxşı şəraitdə təhsil alır. Amma polyaklarla müqayisədə tələbələrimiz daha savadlı və ağıllıdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları