Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-01 15:42:40
V  qrup üzrə ixtisasların minimal müsabiqə şərtləri - SİYAHI  

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

Qərar Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi “Abituriyent 1” jurnalında da dərc olunub.

AzEdu.az cari ildə V ixtisas qrupu üzrə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını və minimal müsabiqə şərtlərini təqdim edir: 

  1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)*
  2. Bədən tərbiyəsi və idman*
  3. Musiqi müəllimliyi*
  4. Təsviri incəsənət müəllimliyi*
  5. İnstrumental ifaçılıq*
  6. Solo oxuma*
  7. Dirijorluq*
  8. Bəstəkarlıq*
  9. Musiqişünaslıq*
  10. Xoreoqrafiya sənəti*
  11. Estrada sənəti*
  12. Xalq çalğı alətləri ifaçılığı*
  13. Aktyor sənəti*
  14. Dekorativ sənət*
  15. Rejissorluq*
  16. Operator sənəti*
  17. Rəngkarlıq*
  18. Qrafika*
  19. Heykəltəraşlıq*
  20. Dizayn* (təsviri sənət istiqaməti)
  21. Dizayn* (memarlıq və dizayn istiqaməti)
  22. Məşqçi (idman növü üzrə)[25]
  23. Rəqs müəllimliyi

Qeyd edək ki, “*”-la işarələnən ixtisasların hər biri xüsusi qabiliyyət tələb edir.

V ixtisas qrupu üzrə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Musiqi müəllimliyi, Rəqs müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Dizayn, Bədən tərbiyəsi və idman və Məşqçi (idman növü üzrə) ixtisasları üzrə I mərhələdə 60 bal tələb olunur. Qabiliyyət imtahanınından "məqbul"nəticə əldə edilməlidir.

V ixtisas qrupu üzrə Dekorativ sənət, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı,Aktyor sənəti, Rejissorluq, Operator sənəti,Rəngkarlıq, Qrafika, Heykəltəraşlıq və Xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasları üzrə I mərhələdə minumum 60 bal tələb olunur. Qabiliyyət imtahanınından minumum "6" olmalıdır.

Xatırladaq ki, V ixtisas qrupunun abituriyentləri qəbul imtahanının II mərhələsini vermədən müsabiqədə iştirak edə bilirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları haqqında ətraflı məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının ilk sayında nəşr ediləcək. Burada xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, bu ixtisaslar üzrə müsabiqə şərtləri və kadr hazırlığının hansı ali təhsil müəssisələrində aparılması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər əksini tapacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları