Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-30 17:50:00
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün keçirilən imtahan başa çatıb

Dövlət İmtahan Mərkəzinin Vəkillər Kollegiyası ilə birgə keçirdiyi Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı başa çatıb.

AzEdu.az xəbər verir ki, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 238 namizəd qeydiyyatdan keçib. 2 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 236 namizəddən 171 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.