Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-30 10:31:00
35 mindən çox abituriyent ərizəsini təsdiqlədi

Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 38.752 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 13.608, rus bölməsi üzrə isə 1.414 nəfər;

II ixtisas qrupu üzrə  7.221, rus bölməsi üzrə isə 889 nəfər;

III ixtisas qrupu üzrə 11.449, rus bölməsi üzrə 900 nəfər;

IV ixtisas qrupu üzrə 2.621, rus bölməsi üzrə isə 362 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 25.036 nəfər ərizəsini təsdiqləyib.

Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 288 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları