Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-29 10:38:00
Ali məktəblərə sənəd qəbulu davam edir - 34 mindən çox abituriyent ərizəsini təsdiqlədi

Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 34.553 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 12.095, rus bölməsi üzrə isə 1299 nəfər;

II ixtisas qrupu üzrə  6477, rus bölməsi üzrə isə 820 nəfər;

III ixtisas qrupu üzrə 10.160, rus bölməsi üzrə 819 nəfər;

IV ixtisas qrupu üzrə 2303, rus bölməsi üzrə isə 323 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 21.982 nəfər ərizəsini təsdiqləyib.

Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 257 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları