Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-28 12:35:09
Ali məktəblərə qəbul olmaq üçün 30 min abituriyent ərizəsini təsdiqlədi  

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, martın 28-i saat 12:00-a olan məlumata görə, I-IV ixtisas qrupları üzrə ümumilikdə 29881nəfər (Azərbaycan bölməsi-26921, rus bölməsi-2960) ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 18582 nəfər ərizəsini təsdiq edib. Tam orta ixtisas təhsili bazasından kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı isə 20171 nəfərdir.

Martın 15-dən başlanan sənəd qəbulu aprelin 15-dək davam edəcək.