Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-27 13:31:00
Buraxılış imtahanlarına başqasının yerinə daxil olan olub?- RƏSMİ CAVAB

 

Mart ayı ərzində keçirilən buraxılış imtahanlarında başqasının əvəzinə binaya daxilolma cəhdləri aşkarlanmayıb.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Məlumatda qeyd olunur ki, martda baş tutan hər 3 imtahanda (3, 10 və 17 mart)  heç bir şagird başqasının yerinə binaya daxil olmağa cəhd göstərməyib.

Qeyd edək ki, fevralın 10-da keçirilən sınaq imtahanında tətbiq edilən “üzün tanınması” texnologiyasına əsaslanan proqram-texniki vasitə ilə 4 nəfərin başqasının yerinə imtahana girmək cəhdinin qarşısı alınmışdı.

Qeyd olunan proqram texniki vasitə ilə belə hallar asanlıqla aşkara çıxarılır. İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə real vaxt rejimində götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə dərhal məlumat verir.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları