Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-25 11:16:00
17.751 nəfər ərizəsini təsdiqlədib – I qrup liderdi

 

Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 17.751 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 6055, rus bölməsi üzrə isə 809 nəfər;

II ixtisas qrupu üzrə  3245, rus bölməsi üzrə isə 512 nəfər;

III ixtisas qrupu üzrə 5156, rus bölməsi üzrə 482 nəfər;

IV ixtisas qrupu üzrə 1140, rus bölməsi üzrə isə 207 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 10342 nəfər ərizəsini təsdiqləyib.

Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 145 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları