Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-23 16:20:00
14 992 abituriyent elektron ərizəsini təsdiq edib

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə sənəd qəbulu davam edir.

AzEdu.az-ın  xəbərinə görə, 23 mart saat 12:45-ə olan məlumata əsasən, I-IV ixtisas qrupları üzrə 14992 (13199 Azərbaycan bölməsi, 1793 rus bölməsi üzrə) abituriyent elektron ərizəsini təsdiq edib.

Onlardan 14 865 abituriyent (13 089 Azərbaycan bölməsi, 1 776 rus bölməsi üzrə) yaz imtahanına, 127 abituriyent isə (110 Azərbaycan bölməsi, 17 rus bölməsi üzrə) yay imtahanına qeydiyyatdan keçiblər.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılır.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən qəbul imtahanında (imtahanın ikinci mərhələsi üzrə keçirilən imtahanlarda ikinci dəfə iştirak istisna olmaqla) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.