Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-21 11:15:00
Ali məktəblərə sənəd qəbulu davam edir - Bu qrup liderdir

Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 12.185 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 4072, rus bölməsi üzrə isə 600 nəfər;

II ixtisas qrupu üzrə  2200, rus bölməsi üzrə isə 401 nəfər;

III ixtisas qrupu üzrə 3503, rus bölməsi üzrə 363 nəfər;

IV ixtisas qrupu üzrə 775, rus bölməsi üzrə isə 159 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 7050 nəfər ərizəsini təsdiqləyib.

Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 112 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları