Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-20 11:13:00
Novruzla bağlı məlumatlara bu əsərlərdə rast gəlinir -Bayram haqda bilmədiklərimiz

Novruz türk xalqlarının qədim və tarixi  bayramıdır. “Novruz” – hərfi mənada yeni gün (nou-yeni, ruz-gün) deməkdir.

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən mədəniyyət hadisəsidir. “Novruz”un tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında bahar bayramı kimi qeyd olunur.

“Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənir:  Azərbaycan türkcəsində Novruz, Qırğızda Nooruz, Özbəkistanda Növroz, Başqırdda Nevruz, Tatarda Navruz, Uyğurda  Noruz, Çuvaşda Naurus, Krımda isə Nevrez...   

Qədim və orta əsrlərə aid bir çox yazılı qaynaqlarda Novruzla bağlı məlumatlara rast gəlirik. Amma “Novruz”un araşdırılması XIX əsrdən başlanır.Bu araşdırmalarda Novruzun genezisi və tipologiyası ilə bağlı mülahizələr geniş yer tutur.

Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye” (Pamyatniki minuvşix pokoleniy) , Kaşgarlı Mahmudun “Divanü Lugat-it Türk”, Balasaqunlu Yusif Has Hacibin “Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərdə rast gəlirik.

Günel Yaşarqızı
Müəllifin digər yazıları