Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 10:45:00
Abituriyentlərin diqqətinə! - İmtahan tapşırıqlarının yoxlanılmasını canlı  izləyin (VİDEO)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bütün rayon və şəhərlər üzrə ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 110 mindən artıq şagird üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi yekunlaşıb. Hazırda isə cavab vərəqlərinin emalı prosesi həyata keçirilir.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında kompüter arxasında markerlər tərəfindən yoxlanılır. Hər bir yazı işi 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

Yazı işlərinin yoxlanılma prosesini https://www.youtube.com/watch?v=k4dSRp7CSlk linkindən izləmək mümkündür (yoxlama müddətində).