Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-16 11:17:00
Təhsil xərcləri necə hesablanır? – Məlumat mənbələri, dəqiq düstur...

YUNESKO-nun Statistika İnstitutunun metodoloji tövsiyələrinə əsasən, təhsil üzrə xərclər maliyyələşdirmə mənbələrinə görə belə qruplaşdırılır: dövlət maliyyələşdirmə mənbələri; özəl (qeyri-dövlət) maliyyələşdirmə mənbələri; beynəlxalq maliyyələşdirmə mənbələri.

AzEdu.az təhsil üzrə cari xərclərin ümumi təhsil xərclərində xüsusi çəkisi barədə məlumatı təqdim edir.

Əvvəlcə qeyd etmək lazımdır ki, təhsil üzrə cari xərclərin ümumi təhsil xərclərində xüsusi çəkisi göstəricisi təhsilə çəkilən cari xərclər və kapital qoyuluşları arasındakı nisbəti (fərqi) müəyyən edir.

Təhsil sisteminin investisiya qoyuluşlarına ehtiyacının səviyyəsini xarakterizə etmək üçün aşağıdakılar nəzərə alınır:

- təhsil üzrə cari xərclərin xüsusi çəkisinin yüksək olması,

- cari və planlaşdırılan dəyişiklik,

- müəllim heyətinin əmək haqqının səviyyəsi,

- digər istismar xərcləri.

Bu göstərici xüsusilə təhsilə çəkilən dövlət xərclərinin planlaşdırılması üçün böyük əhəmiyyət kəsb edir və aşağıdakı düsturla hesablanır:

% CXEt = CXEt / TXEt  * 100      

burada,    

% CXEt – t maliyyə ilində təhsil üzrə cari xərclərin təhsil xərclərində xüsusi çəkisi;

CXEt – t maliyyə ilində təhsilə çəkilən cari xərclərin məbləği;

TXEt – t maliyyə ilində təhsil xərclərinin ümumi məbləği.

Göstəricinin hesablanması üçün məlumat mənbələri aşağıdakılardır:

-Maliyyə Nazirliyinin Dövlət büdcəsinin icrasına dair illik hesabatları;

-müəssisə və təşkilatların illik statistika hesabatları;

-ev təsərrüfatlarının tədqiqatının və təhsil xərcləri üzrə ev təsərrüfatlarında keçirilən xüsusi müayinələrin məlumatları;

-təhsil sahəsində fəaliyyətlə bağlı müxtəlif dövlət orqanlarının, o cümlədən Təhsil Nazirliyinin hesabatları.

Qeyd etmək lazımdır ki, göstərici yalnız milli səviyyədə (ölkə üzrə) hesablanır. Bundan əlavə, onu təhsilin maliyyələşdirmə mənbələri, dövlət büdcəsinin müxtəlif səviyyələri və regionlar üzrə də hesablamaq olar.

Qeyd: Məqalə Dövlət Statistika Komitəsinə istinadən yazılıb.