Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-16 09:31:00
Bu gün qəbul imtahanlarının I mərhələsi üzrə onlayn sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanlarının I mərhələsi üzrə onlayn sınaq imtahanları keçirəcək.

AzEdu.az xəbər verir ki, bu imtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq.

Qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə keçiriləcək sınaq imtahanlarına qeydiyyat  otk.az portalında aparılır. İmtahanlar martın 16, 17 və 18-də gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər.
 
İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.

Qeyd edək ki, http://otk.az portalında yerləşdirilən onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır.