Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-15 17:47:11
Deputat Nəsiminin məzarını Azərbaycana gətirilməsini təklif etdi

“Mən Prezident İlham Əliyevə Ağsu və Şamaxıda zəlzələ ilə əlaqədar göstərilən köməyə, görülən işlərə görə seçicilərim adından təşəkkür edirəm”.

AzEdu.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Tahir Kərimli bildirib.

T.Kərimli operativ fəaliyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də təşəkkür edib: “Mən Səhiyyə Nazirliyinə də təşəkkür etmək istəyirəm. Səhiyyə Nazirliyi səhhətində problemləri olan insanlarla bağlı müraciətimə operativ reaksiya verib, müvafiq addımlar atılıb”.

T.Kərimli Ağsu çayının Ağsu şəhərindən keçən hissəsində 2 km məsafədə bənd çəkilməsini və İmaməddin Nəsiminin qəbrinin Hələbdən Azərbaycana gətirilməsini də təklif edib: “Mən iki dəfə Hələbdə Nəsiminin qəbrini ziyarət etmişəm. Minlərlə ardıcılı olan bu dahi şəxsiyyətin məzarının Azərbaycana gətirilməsi vacibdir”.