Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-15 12:54:56
“Rus məktəbləri barəsində təsəvvürlər mifdir, sən demə...” – Rəşad Məcid  

“Rus məktəblərində təhsilin səviyyəsi müqayisədə geri qalır”.

Bu sözləri  sosial şəbəkə hesabında "525-ci qəzet"in baş redaktoru  Rəşad Məcid qeyd edib. O, rus məktəblərinə meyillənən valideynlərin nəzərinə bir neçə faktı çatdırıb:

“Rus məktəblərinə meyillənən valideynlərin nəzərinə bir neçə faktı çatdırmaq istəyirəm! Fikrimcə, mediamız və həmkarlarımız bu məsələləri qabartmaqla rus məktəblərinə qarşı cazibəni bir az azalda bilər! Sən demə , indi rus məktəblərinin Azərbaycan məktəblərindən səviyyəli olması barədə təsəvvürlər mifdir!Keçmiş sovet dövründən qalan illüziyadır!Yaxşı müəllimlər və peşəkar kadrlar azlıq təşkil edir! Rus məktəblərində təhsilin səviyyəsi müqayisədə geri qalır!”

Rəşad Məcid bildirib ki, Bakının ən çox tələbə adını qazanan  məktəbləri arasında rus orta təhsil müəssisələrinin adı yoxdur:

“Heç Bakının ən çox tələbə adını qazanan məzunları olan 5 ən yaxşı məktəbi sırasında da rus məktəblərinin adı yoxdu!

Ona görə də, rusca bilməyən uşaqlarını zorla rus məktəbində oxutdurmaq istəyən valideynlər səhv qərar verir, övladlarının gələcəyini indidən riskə atmış olurlar!”

Günel Yaşarqızı
Müəllifin digər yazıları