Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-15 11:30:00
DİM sözçüsü qəbulla bağlı bütün sualları cavablandıracaq – Canlı yayım

 

Bu gün saat 15.00-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulunun başlanması ilə əlaqədar canlı yayım ediləcək.

AzEdu.az xəbər verir ki, DİM-in sektor müdiri Xanlar Xanlarzadə canlı yayımda qəbul qaydaları, tələbə qəbulu elanı, “Abituriyentin elektron ərizəsi” formasının doldurulma və təsdiq edilmə qaydası haqqında izləyicilərə məlumat verəcək.

Qəbul qaydaları ilə əlaqədar suallarınızı "Facebook"da verilən müvafiq postun altına yaza və ya [email protected] ünvanına göndərə bilərsiniz.

DİM tərəfindən sualınızı tam aydın və dəqiq ifadə etməyiniz xahiş olunur.

Qeyd edək ki, “Facebook” səhifəsi vasitəsilə canlı yayımlar mütəmadi təşkil olunacaq və həmin dövr üçün aktual olan məsələlər haqqında məlumat veriləcək.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları