Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-15 11:21:54
Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyənlər üçün müsabiqə şərtləri - RƏSMİ  

Xəbər verdiyimiz kimi, bu gündən ali və orta təhsil müəssisələrinə sənəd qəbulu start götürüb.

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən, xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyənlər üçün müsabiqə şərtlərini təqdim edir:

Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər 15 aprelə qədər elektron ərizələrini təsdiq etməklə yanaşı, müvafiq ali təhsil müəssisələrinin müəyyən etdikləri xüsusi prosedurlardankeçməlidirlər

Həmin prosedurlar xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul elanları, “Abituriyent” jurnalının 1-ci nömrəsində əks olunub.

Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisası üzrə sentyabrın 15-nə kimi 16 yaşı tamam olub 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları təhsil ala bilərlər. Bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər 15 aprelədək elektron ərizələrini təsdiq etdikdən sonra 2019-cu il aprelin 1-dən etibarən Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi rəisinin adına ərizə ilə müraciət etməli, sonra hərbi tibb fakültəsində hərbi həkim komissiyasından keçməlidirlər.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar ərizələrini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib, həmin təhsil müəssisəsində hərbi həkim komissiyasından keçməlidirlər.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 15-nə kimi davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları