Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-15 10:00:00
2019-cu ildə keçiriləcək qəbul imtahanlarına tələb olunan ödənişlər - CƏDVƏL

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı göstərilən xidmətlərin ödəmə sxemi  təqdim edir:

QEYD 1:  Cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsinin birinci imtahanında iştirak edən bütün abituriyentlər üçün istisnasız olaraq ikinci imtahan həmin abituriyentlərin hesabına həyata keçirilir.

QEYD 2: Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ilk dəfə müraciət edən və cari ildə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ilk imtahanda iştirak etmədiyi və yaxud “qeyri-məqbul” aldığı halda, Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə 26 maydakı ikinci imtahan həmin abituriyentlərin hesabına həyata keçirilir. 

QEYD 3: “Şəxsi kabinet”inizin hesabına vəsait köçürərkən iştirak edəcəyiniz imtahanların və bu imtahanlar üçün müəyyən edilmiş qiymətləri nəzərə alın. “Şəxsi kabinet”inizin hesabına köçürdüyünüz istifadə edilməmiş vəsait qəbul kampaniyası bitdikdən sonra geri qaytarılacaq, lakin bu zaman həmin vəsaitdən ödəmə sistemləri tərəfindən pul köçürmələri ilə bağlı göstərilən xidmətlərin haqqı  tutulacaq.

QEYD 4: Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün ali təhsil müəssisələrinə qəbul imtahanları həmin abituriyentlərin hesabına həyata keçirilir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin göstərdiyi xidmətlərin haqqı aşağıdakı kimi  müəyyən edilib: